Veyseloğlu Əməkdaşları Üçün Xüsusi Kampaniya

Veyseloğlu Əməkdaşları Üçün Xüsusi Kampaniya

Kampaniya Şərtləri

  • Kampaniya yalnız Veyseloğlu əməkdaşları üçün keçərlidir.
  • Garenta və/və ya Veyseloğlu kampaniya şərtlərində dəyişiklik etmək və/və ya kampaniyanı dayandırmaq hüququnu özündə saxlayır.
  • Sizə təqdim olunmuş kampaniya kodunu “Kampaniya kodu” bölməsinə daxil edərək, sizə məxsus endirimlə icarə əməliyyatını həyata keçirə bilərsiniz.
  • Kampaniya kodu “Ofisdə Ödə” qiyməti üzərindən endirim tətbiq edir.
  • Kampaniya 31 dekabr 2026-cı il tarixinədək bütün Garenta ofislərində keçərlidir və Garenta-nın avtomobil parkı və mövcud ehtiyatları ilə məhduddur.
  • Kampaniyada qeyd olunan avtomobillərlə faktiki icarəyə təqdim edilən avtomobillərin texniki təchizatında fərqlilik ola bilər.
  • Müvafiq avtomobil qrupu üzrə gündəlik istifadə limiti 500 km, aylıq istifadə limiti isə 4.000 km-dir. Gündəlik istifadələrin cəmi aylıq limiti aşdığı təqdirdə, artıq istifadə olunan hər kilometr üçün əlavə ödəniş tətbiq olunur.
  • Avtomobil icarə haqqından əlavə, müvafiq avtomobil qrupuna aid depozit məbləği icarənin başlanğıcında icarəçinin şəxsi kredit kartından tutulur.
  • İstifadə ediləcək kredit kartı mütləq icarə edən şəxsin adına olmalıdır.
  • İcarəni həyata keçirəcək şəxsin sürücülük vəsiqəsində Azərbaycan Respublikasının şəxsiyyət nömrəsi (FİN kodu) göstərilməlidir.
  • Qiymətlərə 7/24 Yol Yardımı Xidməti, İcbari Avtomobil Sığortası, Periodik Texniki Baxış və Əvəzedici Avtomobil Xidməti daxildir.
  • Qiymətlərə ƏDV daxildir.
  • Kampaniya digər kampaniya və ya endirim kodu ilə birləşdirilə bilməz.
  • Bütün icarə prosesi ərzində Garenta-nın Ümumi İcarə Şərtləri tətbiq olunur.