Kampaniya yalnız Veyseloğlu əməkdaşları üçün keçərlidir.
Garenta və/və ya Veyseloğlu kampaniya şərtlərində dəyişiklik etmək və/və ya kampaniyanı dayandırmaq hüququnu özündə saxlayır.
Sizə təqdim olunmuş kampaniya kodunu “Kampaniya kodu” bölməsinə daxil edərək, sizə məxsus endirimlə icarə əməliyyatını həyata keçirə bilərsiniz.
Kampaniya kodu “Ofisdə Ödə” qiyməti üzərindən endirim tətbiq edir.
Kampaniya 31 dekabr 2026-cı il tarixinədək bütün Garenta ofislərində keçərlidir və Garenta-nın avtomobil parkı və mövcud ehtiyatları ilə məhduddur.
Kampaniyada qeyd olunan avtomobillərlə faktiki icarəyə təqdim edilən avtomobillərin texniki təchizatında fərqlilik ola bilər.
Müvafiq avtomobil qrupu üzrə gündəlik istifadə limiti 500 km, aylıq istifadə limiti isə 4.000 km-dir. Gündəlik istifadələrin cəmi aylıq limiti aşdığı təqdirdə, artıq istifadə olunan hər kilometr üçün əlavə ödəniş tətbiq olunur.
Avtomobil icarə haqqından əlavə, müvafiq avtomobil qrupuna aid depozit məbləği icarənin başlanğıcında icarəçinin şəxsi kredit kartından tutulur.
İstifadə ediləcək kredit kartı mütləq icarə edən şəxsin adına olmalıdır.
İcarəni həyata keçirəcək şəxsin sürücülük vəsiqəsində Azərbaycan Respublikasının şəxsiyyət nömrəsi (FİN kodu) göstərilməlidir.
Qiymətlərə 7/24 Yol Yardımı Xidməti, İcbari Avtomobil Sığortası, Periodik Texniki Baxış və Əvəzedici Avtomobil Xidməti daxildir.
Qiymətlərə ƏDV daxildir.
Kampaniya digər kampaniya və ya endirim kodu ilə birləşdirilə bilməz.
Bütün icarə prosesi ərzində Garenta-nın Ümumi İcarə Şərtləri tətbiq olunur.